“Android” sistemi ilə işləyən qurğuları yoluxduran yeni təhlükəli virus peyda olub

21:00 | 13.07.2017
“Android” sistemi ilə işləyən qurğuları yoluxduran yeni təhlükəli virus peyda olub

“Android” sistemi ilə işləyən qurğuları yoluxduran yeni təhlükəli virus peyda olub

"McAfee” antivirus şirkəti "Android” sistemi ilə işləyən qurğuları yoluxduran yeni təhlükəli virusun peyda olması haqda xəbərdarlıq edib. Onlarla ölkənin ən nəhəng şirkətlərində kompüterlərin işini iflic etmiş "Petya” troyanından fərqli olaraq, yeni zərərverici proqram təminatı faylları şifrələmir, əksinə, onları istifadəçinin dostlarına göndərməklə hədələyir.

anews.az ICTnews-a istinadən xəbər verir ki, "LeakerLocker” adlı şantaj edən virus "Android” sistemi ilə işləyən smartfondakı məxfi informasiyanın ("Chrome” brauzerində baxışların tarixçəsi, SMS və zənglər, "Facebook”da mesajlar, şəkillər, ünvan kitabçası və sairə) surətini çıxardıqdan sonra həmin məlumatları istifadəçinin bütün kontaktlarına göndərir. Qurbana tələb edilən məbləği ödəmək üçün 72 saat vaxt verilir.

"McAfee” şirkətinin məlumatına görə, "LeakerLocker” virusu "Google Play” mağazasında əlçatan olan "Wallpapers Blur HD” (5-10 min yüklənmə) və "Booster & Cleaner Pro” (1-5 min yüklənmə) proqramlarının arxasında maskalanır. İnternet nəhəngi bu vəziyyəti araşdırdığını bildirib.

Ekspertlər tələb olunan məbləği ödəməməyi tövsiyə ediblər, çünki hakerlərin maliyyələşdirilməsi yoluxma sayının çoxalması ilə nəticələnəcək. Bundan başqa, məxfi informasiyadan yenidən şantaj məqsədilə istifadə edilməməsinə dair heç bir zəmanət yoxdur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM