ANS əməkdaşından TƏKZİB

14:31 | 02.11.2014
ANS əməkdaşından TƏKZİB

ANS əməkdaşından TƏKZİB

ANS TV-də yayımlanan “Cinayət işi” verilişinin aparıcısı Rəşad Abbasov işdən ayrılması barədə yayılan xəbərlərə aydınlıq gətirib. 

“Qafqazinfo”nun məlumatına görə, bəzi saytlarda aparıcının rəhbərlik tərəfindən işdən uzaqlaşdırıldığı bildirilib. Aparıcı isə bu məlumatı təkzib edib:

“Yayılan məlumatlar kökündən düzgün deyil. Bu barədə bir neçə sayt yazıb, amma o xəbər çıxan vaxtı mən efirdə olmuşam. Mən nə şifahi, nə də yazılı müraciət etmişəm. 10 ildir ki, ANS kanalında çalışıram. Elə bu gün 19:30-da “Cinayət işi” verilişini aparacam. Bu barədə açıqlama vermək istəmirdim. Amma hamı zəng edib, işdən ayrılmağım barədə soruşur. Məsələyə aydınlıq gətirmək istədim”.

Qafqazinfo

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM