ANS-in iddiası üzrə məhkəmə iclası təxirə salındı

18:00 | 24.02.2014
ANS-in iddiası üzrə məhkəmə iclası təxirə salındı

ANS-in iddiası üzrə məhkəmə iclası təxirə salındı

ANS-in məhkəməyə verdiyi bəzi saytlar barədə bu gün Yasamal rayon məhkəməsində ilk iclas keçirilib. ANS PRESS-in məlumatına görə, cavabdeh tərəflərin nümayəndələri məhkəməyə gəlməyiblər. Bu səbəbdən məhkəmə mart ayının 10-a qədər təxirə salınıb.Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkətinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığı üçün bəzi saytları məhkəməyə verib.ANS MYMŞ-nın Hüquq Departamentindən ANS PRESS-ə verilən məlumata görə, həqiqətə uyğun olmayan məlumatlar yaydıqlarına görə, məhkəmədə cavab verəcək portalların siyahısına aşağıdakılardı: aznews.az, ınterpress.az, azvision.az, demokratiya.info, axar.az, publika.az, presspost.az, dunyatv.az, realxeber.az, etatist.com, xalqxeber.az, baymedia.az, avrasiya.net, marka.az.Bu portalların qərəzli və əsassız məlumatları əsasında ANS-in işgüzar nüfuzuna maddi və mənəvi ziyan dəyib. Adları çəkilən portallar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə qarşısında cavab verəcəklər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM