ANS-in tanınmış aparıcısı işdən çıxdı

16:12 | 04.09.2014
ANS-in tanınmış aparıcısı işdən çıxdı

ANS-in tanınmış aparıcısı işdən çıxdı

ANS TV-də yayımlanan “Günəbaxan” verilişinin tanınmış aparıcısı İlqar Mikayıloğlu işdən çıxıb.

 Bununla bağlı Modern.az saytına danışan İ.Mikayıloğlu xəbəri təsdiqləyib. O, bildirib ki, ANS TV-dən ayrılma səbəbi müqavilə müddətinin başa çatması və əməkdaşlıq sənədinin yenidən uzadılmamasıdır. “Bəli, ANS-dən çıxmağım barədə məlumatlar doğrudur”. Telejurnalist işdən ayrılma səbəbini belə açıqlayıb: “Müqavilə müddəti başa çatdı və ANS-dən ayrıldım. Hazırda heç bir kanala transfer olmamışam, heç kimlə də müqavilə bağlamamışam. Çəkiliş müddətində qolum sınmışdı, hələ ki, onun müalicəsiylə məşğulam”.İlqar Mikayıloğlu ANS-in köhnə işçilərindən idi. O, Qarabağ, Çeçenistan, Əfqanıstan və Gürcüstanda hərbi əməliyyatları lentə alıb. ANS teleşirkətində adi əməkdaşdan şef redaktor vəzifəsinə qədər yüksəlib. Son vaxtlar “Günəbaxan” verilişinə aparıcılıq edirdi. İ.Mikayıloğlu eks-deputat Gülər Əhmədovanın qardaşıdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM