“Anti-İran” paltara görə dəblər evi bağlanılıb

12:00 | 27.07.2014
“Anti-İran” paltara görə dəblər evi bağlanılıb

“Anti-İran” paltara görə dəblər evi bağlanılıb

İran hakimiyyətinin qərarı ilə ölkənin ən məşhur dəb ev qapadılıb.

Bu haqda xəbəri “Time” yayıb.

Buna səbəb kimi ötən ay Tehranda keçirilən dəb tədbirində nümayiş etdirilən qadın paltarları göstərilib.

İran hakimiyyəti paltarlarda ölkə bayrağının rəngli təsvirindən hiddətlənib. Bundan başqa mühafizəkarlar qadınların paltar nümayiş etdirdiyi tədbirdə kişilərin iştirakından da razı qalmayıblar.

“Bu nümayiş İran dəblərinə uyğun deyil. Ona görə də biz qanuni tədbir görmək məcburiyyətində qaldıq” - deyə, deputatlardan biri söyləyib.

Etiraz çıxışlarından sonra dəb evinin direktoru Cavid Şirazi hakimiyyətdən rəsmi şəkildə üzr istəyib.

“Biz kimsəni incitmək istəmirdik. Geyimlər modellərin bütün bədənini örtüb. Biz işimizdə həmişə dövlətimizin geyim qaydalarına əməl etməyə çalışırıq”-deyə, o, sosial şəbəkədəki səhifəsində yazıb. 

Xatırladaq ki, 35 ildən çoxdur İranda qadın geyimi problem olaraq, qalmaqdadır.

Lent.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM