Aparıcı Könül saçı qırxılan gəlin haqda danışdı

23:36 | 11.12.2018
Aparıcı Könül saçı qırxılan gəlin haqda danışdı

Aparıcı Könül saçı qırxılan gəlin haqda danışdı

Aparıcı Könül Yusifqızı ARB TV-də yayımlanan "Hər səhər" verilişinin qonağı olub.

Anews.az xəbər verir ki, aparıcı verilişdə müzakirə olunan ərin arvadının başını qırxıb videoya çəkməsi məsələsinə münasibətini bildirib. K.Yusifqızı qadının üzünün göstərilməsini mənfi hal hesab edib:

"Bu hadisədən sonra necə bir yerdə yaşamaq olar axı? Kişi döydü, öldürdü, amma o qadının işgəncə görüntülərini efirə vermək olmaz. Bu qanuna sığmır. Bu görüntülər insanların psixologiyasına təsir edir. Reytinq xatirinə belə etmək olmaz".

Qeyd edək ki, E.Həsənov Kislovodsk şəhərindəki yaşadıqları ünvanda anasının və böyük qardaşının köməkliyi ilə ona xəyanət etdiyini iddia edərək həyat yoldaşının saçını qırxaraq bunu videoçəkilişlə qeydə alıb.
big az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb