“Aprel döyüşlərinin günahkarı Sarkisyandır” – Erməni siyasətçi

10:37 | 09.09.2017
“Aprel döyüşlərinin günahkarı Sarkisyandır” – Erməni siyasətçi

“Aprel döyüşlərinin günahkarı Sarkisyandır” – Erməni siyasətçi

Ermənistanın "Yerkir Tsirani” partiyasının sədri Zaruhi Postanyan bu gün keçirdiyi mətbuat konfransında 2018-ci ildə gözlənilən siyasi dəyişikliklər barədə bildirib ki, prezident Serj Sarkisyan baş nazir olmamalıdır

Partiya sədri bildirib ki, Sarkisyanın yeri cəzaçəkmə müəssisəsidir

"Serj Sarkisyan və onun silahdaşları 25 ildə hər şeyi iflasa uğradıblar. Onlar cinayətkardırlar. 1.5 milyon nəfərin ölkəni tərk etdiyinə görə, onlar bağışlamaq olmaz. 8 milyard dollar xarici borca görə, onlar qanunla cəzalandırılmalıdırlar. Biz Serj Sarkisyanı xəyanətdə ittiham edirik. Dörd günlük müharibədə (aprel döyüşlərini nəzərdə tutur-red) günahkar məhz Sarkisyandır. Biz bu faktlarla bağlı tezliklə hesabat verəcəyik. Bu, sənədlə olmayacaq, canlı yayımla olacaq "- deyə Zaruhi Postancyan bildirib.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb