​ARDNF bu gün hərraca daha 50 mln. dollar çıxaracaq

11:38 | 19.04.2016
​ARDNF bu gün hərraca daha 50 mln. dollar çıxaracaq

​ARDNF bu gün hərraca daha 50 mln. dollar çıxaracaq

Azərbaycan Mərkəzi Bankının (AMB) bugünkü valyuta hərracında yenidən valyuta satışı həyata keçiriləcək. 

"Report" xəbər verir ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hərraca 50 mln. ABŞ dolları çıxarması planlaşdırılır.

"Report"un analitik qrupu hesab edir ki, bugünkü hərracda tələbin təklifdən az olması ehtimal edilir. Belə olacağı halda, rəsmi məzənnənin 1,5100AZN/USD səviyyəsinə enməsi proqnozlaşdırılır. Nağd valyuta bazarında isə dollar satışının artması alış-satış məzənnəsinin aşağı enməsi ilə nəticələnə bilər.

Qeyd edək ki, bu həftədən etibarən xarici valyutaya olan tələbin azalması fonunda AMB valyuta hərraclarının sayını həftədə 3 dəfədən 2 dəfəyə endirib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb