ARGTMŞ Azərbaycanı beynəlxalq tədbirdə təmsil edib

12:53 | 19.02.2015
ARGTMŞ Azərbaycanı beynəlxalq tədbirdə təmsil edib

ARGTMŞ Azərbaycanı beynəlxalq tədbirdə təmsil edib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) dəstəyi ilə, ARGTMŞ-ın üzvü olan Azərbaycan Diabet Liqası, Azərbaycan Amerika Gəncləri İctimai Birliyi, Bizim Nəsil Gənclər Regional İnkişaf Assosiasiyası İB, Gənc Navatorlar İB, Gənc Sahibkarlar Klubu İB və Yaddaş Maarifçi Gənclər İctimai Birliyinin nümayəndələri Azərbaycanı Türkiyənin İzmir şəhərində keçirilən "Sağlam həyat tərzinin inkişafı” adlı beynəlxalq tədbirdə təmsil edib.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) üzv təşkilatları olan nümayəndələri Azərbaycanı Türkiyənin İzmir şəhərində keçirilən "Sağlam həyat tərzinin inkişafı” adlı beynəlxalq tədbirdə təmsil ediblər. ARGTMŞ-ın tərəfdaşı olan Türkiyənin "Ege Pedal Spor Klübü” tərəfindən təşkil olunan tədbirdə Azərbaycan ilə yanaşı Rumıniya, Ukrayna, Polşa, Gürcüstan və Türkiyə də təmsil olunub.

Tədbirin məqsədi Avropada sağlam bir nəsilin yetişməsinə dəstək olmaq, gənclər arasında sağlam həyat tərzinin təbliği, oturaq həyat tərzinin gənclərə aşılanması, gənclər arasında idmanın təbliği olmuşdur.Tədbir həmçinin Avropa ölkələrinin gəncləri arasında tolerantlıq, qarşılıqlı anlaşma və həmrəyliyin təşviq edilməsini nəzərdə tutur.

Tədbirdə mövzuya aid seminarlar, təlimlər və işçi qruplar təşkil olunub, iştirakçı ölkələrdə sözügedən mövzuya dair vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində həmçinin ARGTMŞ-ın nümayəndəsi tərəfindən Azərbaycan gənclər arasında sağlam həyat tərzinin genişlənməsi istiqamətində görülən işlər, eyni zamanda ARGTMŞ-ın bu istiqamətdə həyata keçirdiyi fəaliyyət haqqında məlumat verilib, Azərbaycan dövlətinin gənclər arasında "sağlam həyat tərzi”-nin təbliğinə göstərdiyi xüsusi diqqət və qayğı iştirakçıların diqqətinə çatdırılıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM