ARGTMŞ Beynəlxalq Gənclər Gününü qeyd edib

10:16 | 14.08.2014
ARGTMŞ Beynəlxalq Gənclər Gününü qeyd edib

ARGTMŞ Beynəlxalq Gənclər Gününü qeyd edib

12 avqust 2014-cü il tarixində Beynəlxalq Gənclər Günü münasibəti ilə Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən, “Park Bulvar” AVM-in dəstəyi ilə “Sülh Üçün Gənclərin Musiqisi” adlı kampaniya həyata keçirilib. Tədbir ARGTMŞ-nın Avropa Şurası ilə birgə təşkil etdiyi “Nifrət Nitqinə Yox Hərəkatı”-na dəstək olaraq keçirilib.Tədbir zamanı musiqi gənclərin müxtəlifliyini və dinamikliyini birləşdirən bir dəyər, Azərbaycan gənclərinin “Nifrət Nitqi” ilə mübarizə və sülh istəyinin rəmzi, onların səsinin eşitdirilməsi vasitəsi kimi qəbul olunub. Tədbir zamanı gənclər ifasında müxtəlif musiqi nümunələri səsləndirilib və ətrafda olan yüzlərlə gəncə “Nifrət Nitqinə Yox Hərəkatı” və bu kampaniyanın Azərbaycanda əlaqələndiricisi olan ARGTMŞ-nın fəaliyyəti ilə bağlı məlumat verilib. Kampaniya zamanı həyata keçirilən video çarxla www.12august.nayora.az ünvanından tanış olmaq mümkündür.Xatırladaq ki, 1998-ci il avqustun 8-dən 12-dək BMT-nin Lissabonda gənclərlə iş üzrə nazirlərinin iştirakı ilə keçirilən beynəlxalq konfransında avqustun 12-nin dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Mütəmadi olaraq hər il Beynəlxalq Gənclər Gününü qeyd edən ARGTMŞ BMT və onun qurumları ilə sıx əməkdaşlıq əlaqələrinə malikdir.2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) məşvərətçi statuslu üzvü olan təşkilat, fəaliyyəti dövründə BMT-nin müxtəlif qurumları ilə yüksək səviyyəli əməkdaşlıq təcrübəsinə sahib olmuşdur. Əlbəttə, bu təcrübə birlikdə bir çox proqram və layihələrin uğurla reallaşdırılmasına əsas yaratmışdır.Bu istiqamətdə 2014-cü ilin aprel ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası BMT-nin Gənclər Post-2015 Qlobal Əməkdaşlıq proqramının tərəfdaşı kimi təsdiq edilmiş, may ayında Şri Lankanın Kolombo şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının Dünya Gənclər Forumunda təmsil olunmuşdur. ARGTMŞ-nın Baş Katibi BMT-nin Nyu York şəhərində yerləşən Qərargahında keçirilən ECOSOC Gənclər Forumunda iştirak etmişdir. Eyni zamanda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, BMT-nin İnkişaf Proqramı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunu tərəfindən həyata keçirilən "2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin milli müzakirəsi: Vətəndaş Cəmiyyəti ilə dialoq: Gənclər" adlı Milli Məsləhətləşmələr həyata keçirilmişdir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM