ARGTMŞ beynəlxalq tədbirdə təmsil olundu

15:42 | 06.08.2014
ARGTMŞ beynəlxalq tədbirdə təmsil olundu

ARGTMŞ beynəlxalq tədbirdə təmsil olundu

Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının (ARGTMŞ)-nın sədr müavini Ramiz Əliyev İtaliyanın Algero şəhərində keçirilən “Cənubi Avropa Yay Universiteti” layihəsində iştirak edib. Tədbir Avropa İttifaqı Şurasının İtaliya Nümayəndəliyi və İtaliya Gənclər Təşkilatlarının Milli Şurası tərəfindən təşkil olunub. Tədbirdə Cənubi Avropa ölkələrinin və Avropa Gənclər Forumunun üzvü olan digər Avropa ölkələrinin Milli Şuralarının rəsmiləri, beynəlxalq gənclər təşkilatlarının nümayəndələri iştirak edib. Layihədə Azərbaycan, Latviya, İspaniya, Danimarka, Portuqaliya, İtaliya, Gürcüstan, Moldova, Belçika, Almaniya, Bulqarıstan, Litva, Niderland, İsveçrə, Rumınya, Norveç, Rusiya, Finlandiya dövlətləri təmsil olunub. Tədbirin məqsədi gənclərin ictimai həyatda muxtariyyəti və fəallığının artırılmasına həvəsləndirilməsidir.  

Tədbir zamanı iştirakçılara “Gənclərin muxtariyyəti: maneələr, ən yaxşı təcrübələr, imkanlar”, “Gənclərin hüquqları, monitorinq və informasiya”, “Gənclərin Avropa Birliyində rolu, fəaliyyətləri və buna dair tövsiyyələr” mövzularında təlimlər keçirilib.  Daha sonra iştirakçılar işçi qruplar şəklində müzakirələrə başlayıblar. Müzakirələr zamanı hər qrup sözü gedən mövzular üzrə öz təkliflər paketini təqdim edib. 

Məlumat üçün qeyd edək ki, təqdim olunan təkliflərin Avropa Gənclər Forumunun 2015-2016-cı il üzrə fəaliyyət planına daxil edilməsi nəzərdə tutulub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM