ARGTMŞ beynəlxalq tədbirdə təmsil olunub

16:20 | 26.01.2015
ARGTMŞ beynəlxalq tədbirdə təmsil olunub

ARGTMŞ beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) nümayəndəsi Azərbaycanı Türkiyənin Çanaqqala şəhərində keçirilən "Ənənəvi idman növləri qeyri-formal təhsil ilə” adlı beynəlxalq tədbirdə təmsil edib.

ARGTMŞ-ın tərəfdaşı olan Türkiyənin "Gənc idman təlimçilərin və könüllülərin Birliyi” təşkilatı tərəfindən təşkil olunan tədbirdə Azərbaycan ilə yanaşı Fransa Gürcüstan, Bolqarıstan və Türkiyə də təmsil olunub.

Tədbirin məqsədi fiziki qüsurlu gənclərin idman vasitəsilə cəmiyyətə inteqrasiyasına dair biliklərin artırılması, ənənəvi idman növlərininin gəncləri birləşdirən bir amil olaraq iştirakçılara çatdırılması, qarşılıqlı anlaşma və mədəni inteqrasiyanın əhəmiyyətinin əyani nümayiş etdirilməsidir. Tədbir həmçinin Avropa ölkələrinin gəncləri arasında tolerantlıq, qarşılıqlı anlaşma və həmrəyliyin təşviq edilməsini nəzərdə tutur.

Tədbirdə mövzuya aid seminarlar, təlimlər və işçi qruplar təşkil olunub, iştirakçı ölkələrdə ənənəvi idman növlərinə dair əyani təlim və fəaliyyətlər təşkil olunub və bunların yeni öyrədilmə üsulları və bunun cəmiyyətin inkişafında oynadığı rol iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində həmçinin ARGTMŞ-ın nümayəndəsi tərəfindən Azərbaycanın ənənəvi idman növləri haqqında məlumat verilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti