ARGTMŞ-ın sədri MDB ölkələrinin Gənclərlə iş üzrə Şurasının iclasında

16:42 | 02.11.2015
ARGTMŞ-ın sədri MDB ölkələrinin Gənclərlə iş üzrə Şurasının iclasında

ARGTMŞ-ın sədri MDB ölkələrinin Gənclərlə iş üzrə Şurasının iclasında

Azərbaycan nümayəndə heyəti Rusiyanın Moskva şəhərində keçirilən MDB ölkələrinin Gənclərlə iş üzrə Şurasının növbəti iclasında iştirak edib.

 Tədbirdə Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, həmçinin MDB ölkələrinin Gənclərlə iş üzrə Şurasının üzvü olan digər ölkələrinin nümayəndələri iştirak edib.

İclas zamanı 2020-ci ilə qədər MDB ölkələri gənclərinin əməkdaşlıq strategiyanın həyata keçirilməsi planına, 2014-2015-ci illər üzrə əsas proqramlara, 2015-ci il üzrə tədbirlər təqviminə nəzər yetirilib. Həmçinin iclasda cari vəziyyətlə bağlı müzakirələr aparılıb. Daha sonra gənclər sektorunun 2016-2017-ci il üzrə əsas prioritetləri müəyyənləşdirilib və 2016-2017-ci illər üçün təkliflər irəli sürülüb. İclas çərçivəsində həmçinin gənclərin problemlərinin tədqiqi və onların əməkdaşlıq şəbəkəsinin qurulması üçün gənclər platformasının yaradılması haqqında söhbət təklif səsləndirilib.

Məlumat üçün qeyd edək ki, MDB ölkələrinin Gənclərlə iş üzrə Şurası 2005-ci ildə yaranıb. Gənclər Şurası dövlət və ictimai birliklərin qarşılıqlı fəaliyyətinin inkişafı, gənclər siyasətinə dəstək, gənclərin problemi sahəsində ikitərəfli və çox tərəfli layihələrin reallaşdırıması və kadrların birgə inkişaf etdirilməsi sahəsində fəaliyyət görstərir. ARGTMŞ-nın sədri Şahin Seyidzadə 2012-ci ildən MDB ölkələrinin Gənclərlə iş üzrə Şurasının üzvüdür.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM