ARGTMŞ Lənkəranda tədris proqramına start verir

11:30 | 08.09.2014
ARGTMŞ Lənkəranda tədris proqramına start verir

ARGTMŞ Lənkəranda tədris proqramına start verir

Bu gün, Lənkəran şəhərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının rəhbərləri və fəal gənclərdən ibarət 80 nəfərin iştirakı ilə Payız Akademiyası start götürür. Tədbir ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının rəhbərliyinin iştirakı ilə təşkil olunan QİDA (QHT idarəetmə Akademiyası) Payız Akademiyası və internetdən fəal istifadə edən gənclər, gənc jurnalistlər, bloqqerlər və dizaynerlərin iştirakı ilə təşkil olunan “Xətdə” Payız Akademiyasından ibarətdir.Tədbir çərçivəsində ARGTMŞ-nın üzvü olan gənclər təşkilatlarının rəhbərləri və fəal gənclər QHT idarəedilməsi, layihə idarəedilməsi və internetdən düzgün istifadə bloklarına daxil olan 20-yə yaxın mövzunu əhatə edən tədris proqramında iştirak edəcək. Tədris proqramında bir sıra gənclər təşkilatları, dövlət qurumları və biznes qurumları təmsil edən peşəkar ekspertlər tərəfindən iştirakçılar təlimləndiriləcək. Təlim tədris proqramı zamanı əhatə olunmuş mövzularda biliklərin artırılması məqsədi ilə bir çox praktiki məşğələlər təşkil olunacaq.Qeyd edək ki, tədbir 12 sentyabr 2014-cü il tarixinədək davam edəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM