ARGTMŞ -nın sədri “MDB ölkələrinin Parlamentlərarası Gənclər Forumu”nda

11:37 | 24.10.2014
ARGTMŞ -nın sədri “MDB ölkələrinin Parlamentlərarası Gənclər Forumu”nda

ARGTMŞ -nın sədri “MDB ölkələrinin Parlamentlərarası Gənclər Forumu”nda

Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə Azərbaycan Respublikasının dövlət rəsmiləri və gənclər təşkilatlarının nümayəndələrindən ibarət Azərbaycan nümayəndə heyətinin tərkibində Rusiya Fedirasiyasının Sankt - Peterburq şəhərində keçirilən beynəlxalq tədbirlərdə iştirak edir. ARGTMŞ-nın sədri səfər çərçivəsində “MDB ölkələrinin Parlamentlərarası Gənclər Forumu” və “MDB ölkələrinin Parlamentlərarası Gənclər Assambleyası Şurası” – nın 4-cü iclasında iştirak edir. Tədbirlərdə MDB ölkələrində hakimiyyətin müxtəlif təbəqələrini təmsil edən gənc parlamentarilər, gənclər siyasətinin idarə heyəti, gənclər hərəkatları və ictimai birliklərinin nümayəndələri, dövlət orqanlarının nəzdində yaradılan elm, təhsil və mədəniyyət sahəsində fəaliyyət göstərən gənc alimlər iştirak edir.23 – 25 oktyabr 2014-cü il tarixlərində həyata keçirilən “MDB ölkələrinin Parlamentlərarası Gənclər Forumu” -nun məqsədi gənclərin beynəlxalq əməkdaşlığı və parlamentlərarası inkişafı, siyasətdə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının stimullaşdırılmasıdır. Forum plenar iclaslar, dəyirmi masa, praktiki məşğələ və gənclərlə bağlı aktual məsələlər üzrə seminarların keçirilməsi ilə davam edir. Həmçinin Forumda MDB - də təhsil, elm və innovasiya, gənclərin ölkənin idarə edilməsində və müasir cəmiyyətdə fəaliyyəti və başqa mövzular müzakirə olunur.ARGTMŞ – nın sədri eyni zamanda “MDB ölkələrinin Parlamentlərarası Gənclər Assambleyası Şurası”-nın bu gün start verilən 4-cü iclasında iştirak edir. İclasda gənclər siyasəti sahəsində beynəlxalq əməkdaşlığın prioritet istiqamətləri, gənclərin hüquqları, təşəbbüsləri və inkişafına dəstək mövzüları müzakirə olunur.Məlumat üçün qeyd edək ki, “MDB ölkələrinin Parlamentlərarası Gənclər Forumu” və “MDB ölkələrinin Parlamentlərarası Gənclər Assambleyası Şurası” – nın 4-cü iclası 25 oktyabr 2014-cü il tarixində başa çatacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür