ARGTMŞ tərəfindən növbəti məlumat turu

17:17 | 05.11.2015
ARGTMŞ tərəfindən növbəti məlumat turu

ARGTMŞ tərəfindən növbəti məlumat turu

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən növbəti məlumat turunu Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə təşkil edib. Məlumat turu ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəallarının iştirakı ilə baş tutub.

Tur zamanı ARGTMŞ-ın üzvləri 24 saat ərzində durmadan çalışan və peşəkar teleradioçulardan ibarət müxtəlif kollektivlərin orijinal və canlı iş rejimi ilə yaxından tanış olublar. Tur çərçivəsində iştirakçılara AZTV kanalında verilişlərin hazırlanması, efirə verilməsi qaydaları və mexanizmi haqqında ətraflı məlumat verilib. Həmçinin turda gənclər məlumat almaqla yanaşı onları bu sahədə maraqlandırılan suallarına cavablandırılıb.

Məlumat üçün qeyd edək ki, ARGTMŞ gənclər təşkilatları arasında ölkənin tarixi, mədəniyyəti, incəsənəti, innovativ və müasir texnologiyalarının təbliği və onların məlumatlılığının artırılması məqsədilə mütəmadi olaraq məlumat turları həyata keçirir. Bugünədək ARGTMŞ-ın təşkilatçılığı ilə "Dövlət Bayrağı Meydanı Kompleks İdarəsi”, "Quba Soyqırım Memorial Kompleksi”, "Sağlam Ailə” klinikası, Azərbaycan Diplomatik Akademiyası (ADA), Xalça Muzeyi, Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Milli Məclisi, 5 saylı Bakı "ASAN xidmət” mərkəzi, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi, "Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, Mərkəzi Seçki Komissiyasına məlumat turları təşkil olunub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM