Arvadını və 8 aylıq uşağını qətlə yetirən şəxsi ömürlük həbs gözləyir

15:04 | 16.09.2024
Arvadını və 8 aylıq uşağını qətlə yetirən şəxsi ömürlük həbs gözləyir

Arvadını və 8 aylıq uşağını qətlə yetirən şəxsi ömürlük həbs gözləyir

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını və 8 aylıq uşağını vəhşicəsinə qətlə yetirməkdə təqsirləndirilən 30 yaşlı Fərid Hüseynlinin işi ilə bağlı məhkmə iclası keçirilib.
 
Dövlət ittihamçısı onun ömürlük həbs cəzasına məhkum edilməsini tələb edib. 

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib. Məhkəmə vəkilin vəsatətini təmin edib.

Məhkəmə sentyabrın 23-də davam etdiriləcək.

Faciə ötən ilin iyununda Abşeron rayonunun Qobu kəndində baş verib. İttihama görə, Fərid Hüseynli əvvəlcə 20 yaşlı arvadı Leylanı, daha sonra isə 8 aylıq qızı Aylanı bıçaqlayıb.
 
Hüseynli Azərbaycan Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM