ASA: Tibbi sığorta ən zərərli sığorta növüdür

10:34 | 16.09.2015
ASA: Tibbi sığorta ən zərərli sığorta növüdür

ASA: Tibbi sığorta ən zərərli sığorta növüdür

Biz planlaşdırırıq ki, 2015-ci ilin sonuna qədər adambaşına düşən sığorta haqqı 50 manat təşkil etsin.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri Orxan Bayramov bildirib.

Keçən il isə bu rəqəm 46 manat təşkil edirdi, deyə, ASA rəhbəri vurğulayıb.

Bundan başqa, onun sözlərinə görə, qeyri-həyat sığortası üzrə 0,3% artım qeydə alınıb:

"Bu isə çox az rəqəmdir”.

O bildirib ki, qeyri-həyat sığortası üzrə ödənişlərin 33,2 milyon manatı tibbi sığortanın payına düşüb:

"Biz həmişə bildiririk ki, tibbi sığorta ən zərərli sığorta növü hesab olunur, çünki yığımların çox hissəsi geri qaytarılır”.

Qeyd edək ki, qeyri-həyat sığortası üzrə yığımlar 50,2 milyon manat təşkil edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM