“ASAN xidmət”də 7 000 000-cu vətəndaş

13:03 | 02.12.2015
“ASAN xidmət”də 7 000 000-cu vətəndaş

“ASAN xidmət”də 7 000 000-cu vətəndaş

Sabirabad rayon sakini Gülüşov Yusif Sabirabad "ASAN xidmət” mərkəzinə müraciət edərək "ASAN xidmət” mərkəzlərindən yararlanan 7 000 000-cu vətəndaş olaraq qeydə alınıb.

ASAN-dan Oxu.Az-a verilən məlumata görə, 6 yaşlı Yusif valideynləri ilə birlikdə Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı xidmətə müraciət edib və müvafiq xidmətdən yararlanıb.

Qeyd edək ki, hazırda 5-i paytaxda və 4-ü regionlarda olmaqla, 9 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Bundan başqa, səyyar ASAN xidmətin xüsusi avadanlıqlarla təchiz olunmuş 10 avtobusu dövri olaraq ölkənin şəhər və rayonlarında xidmət göstərir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM