“ASAN xidmət”də intellektual oyun

18:03 | 12.08.2014
“ASAN xidmət”də intellektual oyun

“ASAN xidmət”də intellektual oyun

“ASAN Könüllüləri” Gənclər Təşkilatı 1 saylı Bakı “ASAN xidmət” mərkəzində həyata keçirtdiyi “Nə? Harada? Nə zaman?” intellektual oyunu layihəsi çərçivəsində təlimlər başa çatdı və ilk hazırlıq oyunu keçirildi. Qeyd edək ki, ilk oyun şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükut ilə yad edilməklə başladı.Təlimlər Azərbaycanda “Nə? Harada? Nə zaman?” intellektual oyunlarında dəfələrə fəqrlənmiş oyunçulardan olan Tural Sultanov və Asim İbrahimli tərəfindən keçirilmişdir. Sözügedən layihəyə 78 iştirakçıdan ibarət 13 komanda qoşulacaq.Təlimlər zamanı oyunun qaydaları, oyun zamanı daha uğurlu olmaq üçün müxtəlif məsləhətlər, hazırcavablılıq və digər mövzular əhatə olunmuşdur.Bu layihə çərçivəsində 2 hazırlıq və kubok uğrunda 3 oyunun keçirilməsi nəzərdə tutulub.Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.Qeyd edək ki, “Nə? Harada? Nə zaman?” layihəsinin əsas məqsədi məntiqi düşüncə və arqumentsiya, gənclərin komandada iş bacarığı və mövcud biliklərdən maksimum yararlanmaq qabiliyyətinin inkişaf olunmasıdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM