AST Telmana dava açan biznesmen müflis oldu

17:06 | 15.07.2014
AST Telmana dava açan biznesmen müflis oldu

AST Telmana dava açan biznesmen müflis oldu

Rusiyanın Yamal-Nen Muxtar Vilayətinin Arbitraj Məhkəməsi “Manqazeya” neft şirkətinin müflis elan edilməsi üçün prosedurlara başlayıb.ANN.Az Virtualaz.org-a istinadən xəbər verir ki, şirkət özü müflis olduğu barədə məhkəməyə müraciət edib.“Manqazeya” neft şirkəti moskvalı biznesmen Sergey Yançukovun “Manqazeya” holdinqinə daxildir. Şirkət ziyanla işləyir və 1,7 milyard rubl kredit borcu yaranıb.Bundan əvvəl S.Yançukovun holdinqinə daxil olan “Sezaria LTD” şirkətinin iddiası əsasında Kipr məhkəməsi AST Telman kimi tanınan Azərbaycan əsilli iş adamı Telman İsmayılovun aktivlərinə həbs qoyub. Şirkət T.İsmayılovun ona 135 milyon dollar borclu olduğunu və borcunu qaytarmaqdan imtina etdiyini bildirir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM