Türküstanın tarixi şəhərlərindən olan Ağsu vilayətinin İmamlarım kəndində altı çinlinin boğazı kəsilərək öldürülüb, bir nəfər isə ağır yaralanıb.
ANN.az Uyğur Xəbər və Araşdırma Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, hadisə çinlilərin Uyğurlara aid tarlaları ələ keçirməsi üzündən İmamlarım adlı kənddə yaşayan yeddi sakin tərəfindən kəsici alətlərlə törədilib.
Mərkəzi ABŞ olan “Azad Asiya” radiosu müxbirinin olay yerindən verdiyi məlumata görə, çinlilərə qarşı törədilən cinayətin əsas səbəbi onların Uyğur xalqına məxsus çox böyük tarla sahələrini ələ keçirərək bölgə insanlarını muzdlu kimi işlətmələri olub.
Xatırladaq ki, cinayəti törətməkdə günahkar bilinən yeddi nəfərdən üçü yaxalanıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !