Aşura günü ilə əlaqədar qan verənlərin sayı açıqlandı

13:31 | 24.10.2015
Aşura günü ilə əlaqədar qan verənlərin sayı açıqlandı

Aşura günü ilə əlaqədar qan verənlərin sayı açıqlandı

Bu gün səhər saatlarından Aşura günü ilə əlaqədar təşkil olunan qanvermə aksiyasında qan verənlərin sayı açıqlanıb.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova "Report"a bildirib ki, bu gün saat 12.00-a olan statistikaya əsasən, 2 358 nəfər (1061,1 litr) qan verib. 

Ən çox qan Təzəpir məscidində verilib. Belə ki, orada 250 nəfər qan verib. Mir Mövsüm ağa məscidində isə bu göstərici 240 nəfər olub.

Mərkəzi Qan Bankında isə 175 nəfər qan verib.

Xatırladaq ki, keçən il donorların sayı 4 676 nəfər olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM