Ata işıq pulunu ödəmək üçün qızını ərə verir

11:00 | 09.03.2014
Ata işıq pulunu ödəmək üçün qızını ərə verir

Ata işıq pulunu ödəmək üçün qızını ərə verir

Türkiyədə ata öz qızını borca qarşılıq evləndirmək istəyib.

ANS PRESS-in xəbərinə görə, Türkiyənin Şanlıurfa vilayətində bir ata 8 min 137 lirəlik işıq pulu borcunu ödəyə bilmək üçün 14 yaşlı qızını "başlıq pulu" qarşılığı evləndirəcəyini bildirib.

Təxminən 6 il əvvəl ürək və böyrək narahatlığı səbəbiylə işləməyən 56 yaşlı Hamet Ay 2001-ci ildən bəri yığılan işıq pulu borcunu ödəmədiyi üçün evinin müsadirə ediləcəyi barədə xəbərdarlıq gəlib. Çarəsiz qalan ata isə borcunu ödəyə bilmək üçün 14 yaşlı qızını başlıq pulu qarşılığında evləndirməyə qərar verib.

Ata jurnalistlərə verdiyi açıqlamada narahatlığı səbəbiylə işləyə bilmədiyini, bu səbəblə uşaqlarının dəmir-dümür yığaraq evin dolanışığını təmin etməyə çalışdığını dilə gətirib. Buna görə uşaqlarına məktəbə getməyə də icazə verməyib.

Atasının evləndirmək qərarı verdiyi balaca Gülər isə atasının bu qərarından razı olmadığını söyləyib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM