Atası “Nida”çının əfv müraciətinə münasibət bildirdi

12:41 | 10.07.2014
Atası “Nida”çının əfv müraciətinə münasibət bildirdi

Atası “Nida”çının əfv müraciətinə münasibət bildirdi

"Nida" Vətəndaş Hərəkatının daha bir üzvü əfv müraciəti ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. Musavat.com-un Penitensiar Xidmətin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan “Nida” Vətəndaş Hərəkatının üzvü Şahin Novruzludur. “Mənim oğlum nə vaxta kimi həbsdə qalmalı idi?”Məsələ ilə bağlı "musavat.com" Şahin Novruzlunun atası İbrahim Novruzlu ilə əlaqə saxlayıb. İ.Novruzlu bildirib ki, onun Şahinə heç bir basqısı olmayıb: “Mən hələ özüm əfv ərizəsində yazdıqlarını oxumamışam. Amma az-çox xəbərim var idi ki, belə bir şey olacaq. Mənim oğlum nə vaxta kimi həbsdə qalmalı idi? O, da evə qayıtmalıdır. Mən ona əfv barədə heç nə deməmişəm. Yəni, əfv yazması üçün heç bir basqım olmayıb. Amma onu heç kəs qınaya bilməz. Həbsdə yatan mənim oğlumdur”.Ş.Novruzlu əfv müraciətində bunları yazıb: “Möhtərəm cənab Prezident, mən Novruzlu Şahin İbrahim oğlu 1995-ci il 16 sentyabr tarixində anadan olmuşam. Orta məktəbi əla qiymətlərlə bitirmiş və Odlar Yurdu Universitetinin maliyyə-kredit fakültəsində davam etmişəm. Ötən bir il ərzində keçdiyim qısa gənc həyatıma nəzər salmağa imkanlarım çox olmuşdur. Düşünürəm ki, məhkum olmağım həyatımda ən böyük səhvdir. Mən bu səhvi düzəltmək üçün yenidən bir şans verməyi sizdən xahiş edir, daim göstərdiyiniz insanpərvərlik və humanizm prinsiplərinə söykənərək məni əfv etmənizi rica edirəm. Qeyd etmək istəyirəm ki, indiyə qədər heç bir siyasi təşkilatın üzvü olmamışam və bundan sonra heç bir siyasi təşkilatın üzvü olmayacağam. Möhtərəm cənab Prezident, şəxsim adına söz verirəm ki, həyatımı dövlətimizin layiqli vətəndaşı kimi yaşayacağam”.Xatırladaq ki, “Nida”nın 7 üzvü həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində onlar barədə Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və “Nida” üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar.İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib.Xatırladaq ki, indiyə qədər "Nida" Vətəndaş Hərəkatının daha iki üzvü-Bəxtiyar Quliyev və Elsevər Mürsəliyev prezident İlham Əliyevə müraciət ediblər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM