ATV-nin yeni rəhbəri verilişlərin bağlanmasından danışdı - YENİLƏNİB

17:37 | 27.09.2017
ATV-nin yeni rəhbəri verilişlərin bağlanmasından danışdı - YENİLƏNİB

ATV-nin yeni rəhbəri verilişlərin bağlanmasından danışdı - YENİLƏNİB

Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin yeni prezidenti Azər Xəlilov telekanalda verilişlərin və serialların bağlanmasına aydınlıq gətirib.
İstiPress-ə açıqlamasında telekanal rəhbəri bildirib ki, heç bir serialın yayımı dayandırılmayıb. Yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda isə qurumda iclas gedir. İclasdan sonra ictimaiyyətə açıqlama veriləcək.

Bundan əlavə, ATV-nin vitse-prezidenti vəzifəsinə təyinat olub. Bu vəzifə müvəqqəti olaraq İctimai-siyasi verilişlər departamentinin baş redaktoru Vaqif Aydınoğluna həvalə edilib.

İctimai-siyasi verilişlər departamentinə isə müvəqqəti olaraq Ceyhun Əli rəhbərlik edəcək.
 
 

--------- 
 
ATV-nin yeni rəhbərinin qərarı ilə telekanalda yayımlanan "Bozbash Pictures" və "Bacanaqlar" serialının yayımı dayandırılıb. 

İstiPress "azvision.az"a istinadən xəbər verir ki, yaxın günlərdə telekanalın strukturunda ciddi islahatların aparılacağı gözlənilir. Bundan əlavə bəzi əyləncəli verilişlərin də bağlanacağı bildirilir.

Qeyd edək ki, ötən gün ATV-nin təsisçilərinin qərarına əsasən Vüqar Qaradağlı telekanalın rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Kanalın idarəçiliyi müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM