ATV Gürcüstan Patriarxına cavab verdi

15:37 | 07.09.2015
ATV Gürcüstan Patriarxına cavab verdi

ATV Gürcüstan Patriarxına cavab verdi

ATV kanalı Gürcüstan Patriarxlığının Azərbaycan ərazisində yerləşən Müqəddəs Georgi kilsəsində çəkilən və internetdə yayılan videokadrlar ilə əlaqədar yaydığı bəyanata cavab verib.

Oxu.Az bununla bağlı ATV kanalının yaydığı bəyanatı təqdim edir:

"Dini məbədlərdə hansısa filmin, tanıtım çarxının çəkilişi heç də bizə yad görüntü deyil. Hətta Hollivud filmlərində belə dəfələrlə oxşar görüntülərin şahidi olmuşuq. 

Fərqi yoxdur, kilsə olsun və yaxud da məscid. Bununla belə, ATV kanalı olaraq bir daha bəyan edirik ki, məlum videoçarxın çəkilməsində məqsəd kimlərinsə dini hissiyyatına toxunmaq yox, ümumilikdə Azərbaycanın tarixi yerlərini, təbiətini göstərməklə kanalın yeni mövsüm hazırlıqlarını təbliğ edən serial-çarxların hazırlanması olub. 

Gürcüstan Patriarxlığının narahatçılığı nəzərə alınaraq bu videoçarxın yayımı dayandırılıb. Təbii ki, iş olan yerdə nöqsan da olur. Amma bu nöqsan heç də Gürcüstanda dini məbədlərimizin ən ağır formada təhqirə məruz qalmasından böyük nöqsan deyil. 

Bu məsələyə xüsusi "həssaslıq” göstərən bəzi həmkarlarımızdan və Gürcüstan Patriarxlığından eyni tolerantlığı gözləyirik”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM