ATV ittihamlara cavab verdi

16:52 | 13.03.2014
ATV ittihamlara cavab verdi

ATV ittihamlara cavab verdi

ATV telekanalının Xəbərlər redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu “Ümid var” verilişi və aparıcı Zaur Baxşəliyev haqqında yayılan söz-söhbətlərə dair açıqlama verib.Oxu.Az-ın məlumatına görə, V.Aydınoğlu bildirib ki, Ağcabədi rayon sakini ATV kanalına uşaqlarının müdafiəsi üçün üz tutub.“Sadəcə, canlı efir olduğuna və verilişdə iştirak edən ekspertlərin yaynaşmasına görə veriliş öz məcrasını dəyişib. Bununla bağlı televiziya tərəfindən bu cür mövzulara qadağa qoyulub”.V.Aydınoğlu verilişin bağlanması və aparıcını gözləyən iki il həbs cəzası ilə bağlı fikirlərin əsassız olduğunu söyləyib:“Ümid var” verilişi bağlanmayıb. Veriliş canlı yayımla eyni vaxtda davam edəcək. Aparıcı haqqında gəzən söz-söhbətlər yanlışdır”.Qeyd edək ki, dünən ATV kanalında yayımlanan “Ümid var” verilişində bir Ağcabədi sakininin öz xanımının xəyanətinə dair təqdim etdiyi video nümayiş olunub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM