Auditorlar Palatasının Gəncə direktoruna cinayət işi açıldı

15:58 | 11.02.2014
Auditorlar Palatasının Gəncə direktoruna cinayət işi açıldı

Auditorlar Palatasının Gəncə direktoruna cinayət işi açıldı

Auditorlar Palatasının Gəncə şəhər Auditor təşkilatının direktor-auditorunun qanunsuz hərəkətlərə yol verməsinə dair material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, araşdırma zamanı təşkilatın direktor-auditoru Natiq Məmmədovun Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsində əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.Hazırda iş üzrə istintaq davam etdirilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM