Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı qərarını açıqladı

15:18 | 20.02.2014
Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı qərarını açıqladı

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı qərarını açıqladı

Bu gün Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı iki qərarını açıqlayıb.APA-nın AİHM-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, qərarlardan biri “Azadliq” qəzetinin baş redaktoru Qənimət Zahidin şikayəti ilə əlaqədar çıxarılıb. Məhkəmənin qərarına əsasən, 3 ay ərzində Qənimət Zahidə mənəvi zərər əvəzi olaraq 5 min avro, hüquqi məsrəflər üçün 5 min avro ödənilməlidir. Xatırladaq ki, “Azadliq” qəzetinin baş redaktoru Qənimət Zahidin 2007-ci ilin noyabrında Cinayət Məcəlləsinin 127-ci (qəsdən bədənə yüngül xəsarət yetirmə) və 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunaraq həbs olunmuşdu. Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan jurnalistin həbs müddəti 2007-ci il noyabr ayının 11-dən 2008-ci ilin mart ayının 7-nə qədər bir neçə dəfə uzadılıb. Yasamal Rayon Məhkəməsi jurnalisti 2008-ci ilin martında 4 il müddətinə azadlıqdan məhrum edib. O, 2010-cu ilin martında Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. AİHM Bakıdakı həbsxanaların birində cəza çəkən Azərbaycan vətəndaşı Novruz İsmayılovun da müraciətinə baxıb, maddi zərər əvəzi olaraq ona 4 min avro, hüquqi məsrəflər üçün 2500 avro kompensasiya ödənilməsi haqqında qərar çıxarıb. Qeyd edək ki, “Borçalı” özəl bankının təsisçisi, 1961-ci il təvəllüdlü N.İsmayılov dələduzluqdan, mənimsəmə və vergidən yayınmaqda ittiham olunaraq 9 il müddətinə azadlıqdan məhrum olunub və hazırda cəzasını çəkməkdə davam edir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM