Yaxın 5 ildə Avropa ittifaqına (Aİ) üzv olmaq istəyən namizədlərdən heç biri lazım olan bütün tələbləri yerinə yetirməyəcək.
Azvision.az-ın məlumatına görə, bunu Avropa Parlamentinin deputatları önündə çıxış edən qurumun yeni sədri Jan-Klod Yunker bildirib.
“Yaxın beş ildə Aİ-yə heç bir ölkə qəbul edilməyəcək. Namizədlərdən kiminsə lazım olan bütün şərtləri yerinə yetirəcəyi inandırıcı deyil” – deyə, Yunker vurğulayıb.
Eyni zamanda Yunker bildirib ki, Aİ-yə üzvlüklə bağlı danışıqlar bütün ölkələrlə davam etdiriləcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !