Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen COP29-a dəvət edilib.Bu barədə Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı (Aİ) yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov "X” sosial şəbəkəsindəki hesabında yazıb.
"Aİ-Azərbaycan münasibətlərinin bu günü və gələcəyi ilə bağlı dərin fikir mübadiləsinə görə Avropa Komissiyası sədrinin diplomatik müşaviri cənab Fernando Andresen-Qimaraeşə dərin təşəkkürümü bildirirəm. Bu, həm də Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə noyabr ayında Bakıda keçiriləcək COP29-da dəvət məktubunu çatdırmaq üçün yaxşı fürsət idi”, - Vaqif Sadıqov qeyd edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !