Avropa Olimpiya Komissiyası üzvləri Bakı-2015-in keçiriləcəyi idman obyektlərində olublar

14:40 | 05.04.2013
Avropa Olimpiya Komissiyası üzvləri Bakı-2015-in keçiriləcəyi idman obyektlərində olublar

Avropa Olimpiya Komissiyası üzvləri Bakı-2015-in keçiriləcəyi idman obyektlərində olublar

Bakıda Avropa Olimpiya Komitəsinin (AOK) Olimpiya Oyunları Komissiyasının növbəti görüşü keçirilib.Hər il mütəmadi olaraq görüşən AOK Olimpiya Oyunları Komissiyasının üzvləri müxtəlif Olimpiya Oyunları haqqında hesabatları müzakirə etməklə yanaşı, Avropa ölkələrinin Milli Olimpiya komitələrinə fərqli istiqamətlərdə tövsiyələrlə çıxış edirlər. Olimpiya Oyunları Komissiyasının Bakı yığıncağının əsas müzakirə mövzusu ötən il London şəhərində keçirilmiş XXX Yay Olimpiya Oyunları haqqında komissiyanın işçi heyətinin apardığı tədqiqat, Avropanın Milli Olimpiya komitələrinin "London 2012"də qazanmış olduqları nailiyyətlər və qarşıda duran vəzifələr olub."London 2012" Yay Olimpiya Oyunlarının təşkilatçılığı, keçirilmə səviyyəsi müzakirə olunduqdan sonra, komissiya üzvləri Avropa Olimpiya Komitəsinin ümumi nailiyyətləri ilə dünya göstəriciləri arasında müqayisəli təhlil aparıblar.Günün ikinci yarısı isə "Bakı 2015" Avropa Oyunlarının təşkili ilə əlaqədar olaraq, Olimpiya Komissiyasının üzvləri Oyunların keçirilməsi üçün nəzərdə tutulmuş idman obyektlərinə baş çəkiblər.Qeyd edək ki, 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin Romada keçirilən iclasında 2015-ci il Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilib. Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının tərkibi Azərbaycanla yanaşı, Böyük Britaniya, Danimarka, Finlandiya, İspaniya, İsrail, İsveç, Türkiyə və s. ölkələrin Milli Olimpiya komitələrini təmsil edən yüksək vəzifəli şəxslərdən ibarətdir. Azərbaycan Respublikası Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasında AR Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə tərəfindən təmsil olunur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM