Avropa Oyunları “Bakı-2015”-də ən xoşbəxt anlar REPORTAJ

16:28 | 23.07.2015
Avropa Oyunları “Bakı-2015”-də ən xoşbəxt anlar – REPORTAJ

Avropa Oyunları “Bakı-2015”-də ən xoşbəxt anlar REPORTAJ

Rüstəm Qasımov 

Bir müddət əvvəl Bakının "Kiçik QalArt” qalereyasında "Bakı-2105 Xoşbəxt anlar” adlı foto sərgi keçirildi. Sərgi tarixdə ilk dəfə Bakıda keçirilən "Bakı-2015” Avropa oyunlarına həsr olunmuşdu. 

Sərgidə Azərbaycanın gənc istadadlı fotoqraflarının 50-yə yaxın fotosu nümayiş etdirilirdi. Məhz onlar Avropa Oyunlarının işıqlandırılmasıyla məşğul olmuşdular və çox sayda maraqlı görüntünü əbədiləşdirmişdilər. Yarışmada Azərbaycan idmançıları və xarici atletlər bunun üçün xüsusi rol oynadılar. "Bakı-2015” Avropa oyunlarında məhz idmançılar özlərinin qələbələriylə gözəl və tarixi fotoların yaradılması üçün şərait yaratdılar, azərbaycanlı istedadlar isə bu fürsəti qaçırmadılar. 

Sərginin açılışında Azərbaycanda akreditə olunmuş diplomatik missiyaların nümayəndələri, məşhur incəsənət xadimləri, idmançılar, yarışda iştirak edən idmançılar və gənc yaradıcı insanlar iştirak edirdilər. 
 


"Arts Council Azerbaijan”ın rəhbəri Dadaş Məmmədov açıqlamasında bildirdi ki, sərgidə nümayiş olunan ekpozisiyalar əvvəlcə Avropa oyunlarına həsr olunan foto müsabiqənin seçim mərhələsindən keçiblər. Həmin foro müsabiqə 16-30 iyun tarixlərində keçirilib. Məmmədov həmçinin Avropa oyunlarının ölkəmiz üçün əhəmiyyətindən bəhs etdi və qonaqları sərgiylə tanış olmağa dəvət etdi. 




Sonra isə fotomüsabiqədə qalib olan mükafatçıların təltifetmə mərasimi baş tutdu. Müsabiqədə Rüstəm İsmayılovun "Qürur hissi” fotosu ən yüksək mükafata layiq görüldü. 
 

 
 
İkinci yeri Vüqar İbadovun "Missiya tamamlandı” işi layiq görüldü. 
 


Üçüncü yerə layiq bilinənlər isə iki nəfər idi, Bəkir Dəlləkov "Bravo, qızlar” işiylə, Mirsadıq Hüseynov isə "Bakı 2015-” işiylə mükafatçılar arasında qərarlaşdılar. 
 
 

 
Bəkir Dəlləkovun "Çempion Toğrul” fotosu da kifayət qədər diqqətəlayiq idi. Fotoda azərbaycanlı güləşçinin gözəl qabiliyyəti və yarışda mükafatı qazanması öz əksini tapmışdı. 
 


Rüstəm İsmayılovun məşhur karateçimiz Rəfael Ağayevin mükafatlandırma mərasimindən çəkdiyi şəkil də çox təsirli idi, Ağayev yarışda inamla qələbə çalmış və Azərbaycan bayrağını ən yüksəyə qaldırmışdı. 
 


Bununla belə, mənim gözümdə ən təsirli foto Nadejda Cavadovanın çəkdiyi "Əsas qalib - sevgidir” adlı fotosu idi. Doğrudan da rəqabətə və idmançılar arasındakı mübarizəyə baxmayaraq, qalib hər zaman dostluq və sevgi olmalıdır. Məhz idman elə bir gücdür ki, o hətta müharibələri və münaqişələri dayandıra, xalqları silahları yerə qoymağa və idman yarışlarında iştiraka vadar edə bilər. 
 


ANN.Az xəbər portalı paytaxtımızda baş tutan mədəni hadisələri diqqətdən kənarda qoymur və bu dəfə Bakıda keçirilən "Avropa oyunları "Bakı-2015-də Xoşbəxt anlar” sərgisindən fotoları diqqətinizə çatdırır: 
 
















www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb