Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu təşəbbüs xarici işlər üzrə AP-nin qəbul etdiyi məruzənin tərkibindədir, onun əsasında Rusiya Federasiyası ilə münasibətlərə yenidən baxılması bəyannaməsinin hazırlanması nəzərdə tutulur.
"AP Avropa komissiyasını və Aİ monitorinq və Rusiyanın Avropa İttifaqında siyasi həyata və ictimai debatlara təsirini qiymətləndirmək məqsədi ilə, siyasi və digər təşkilatları tərəfindən təqdim edilən maliyyə, siyasi və texniki yardımı üzə çıxarmaq üçün mexanizm hazırlamağı təklif edib”, - məruzədə deyilib.
AP "rusdilli media kanallarının Avropa İttifaqı ölkələrində və Aİ "Şərq tərəfdaşlığı” (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) proqramı ilə əhatə edilmiş ölkələrdə əlçatan informasiyanın təqdim edilməsi üçün rusdilli media kanallarının inkişafı təşəbbüsünü dəstəkləyir.
Bundan başqa, Avropa komissiyası "analitik və monitorinq imkanlarının möhkəmləndirilməsi üzrə plan tərtib etməyi” tövsiyə edir. Bu Moskva tərəfindən informasiyanın təhrif edilməsinin tez aşkar edilməsi üçün vacibdir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !