Avropanın bu ölkələri su altında qaldı, onlarla ölü var - FOTOLAR

12:31 | 19.05.2014
Avropanın bu ölkələri su altında qaldı, onlarla ölü var - FOTOLAR

Avropanın bu ölkələri su altında qaldı, onlarla ölü var - FOTOLAR

Son illərin ən böyük sel fəlakəti Serbiya, Xorvatiya, eləcə də Bosniya və Herseqovinada yaşanıb.

ANN.Az xarici mətbuata istinadən xəbər verir ki, bu günə kimi təbii fəlakət nəticəsində 35 nəfərin öldüyü rəsmi surətdə təsdiqlənib.Bosniya və Herseqovinanın Jelyezno Polye kəndində 4 nəfər, ölkənin Bosna Sirp bölgəsində isə 15 nəfərin selin qurbanı olduğu bildirilir.Serbiyanın baş naziri Aleksandr Vuçiç təbii fəlakət zamanı daha çox Belqrad yaxınlığındakı Obrenovac sakinləri ziyan çəkib - 12 adam. Ölkənin digər bölgələrində isə ölənlərin ümumi sayı 3 olduğu deyilir. Baş nazir təbii fəlakət zamanı ölkə əhalisinin daha çox ziyan çəkəcəyi qorxusunu da ifadə edib.Alınan xəbərlərə görə, Xorvatiyanın Serbiya ilə sərhəddindəki Payevo kəndində 1 nəfər selin qurbanı olub, 2 nəfər isə itkin düşüb.Təbii fəlakət səbəbilə indiyə qədər Sebiyada 16 min, Bosniya və Hersoqoviniyada 10 min, Xorvatiyada isə 3 min adam tahliyə olunub. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb