Аinal mərhələsində Azərbaycan, İsrail, İsveç, Rusiya, Norveç, Malta, Serbiya, Litva, Kipr, Ukrayna, Belçika, Bolqarıstan, Albaniya, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Finlandiya və Yunanıstan təmsilçiləri çıxış edir.
Müsabiqədə Azərbaycanı təmsil edən Samirə Əfəndi birinci yarımfinalda "Mata Hari” mahnısını ifa edib. Mahnını niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birs bəstələyiblər. Səsvermənin nəticələrinə əsasən Samirə Əfəndi finala vəsiqə qazanıb. Azərbaycan təmsilçisi 21-ci sırada çıxış edəcək.
Bu, sayca 65-ci müsabiqədir. Ötən il "Avroviziya” mahnı müsabiqəsi pandemiya səbəbindən təxirə salınıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !