Avstriya memarı Otto Vaqnerin məşhur rezidensiyası - REPORTAJ

19:08 | 10.11.2015
Avstriya memarı Otto Vaqnerin məşhur rezidensiyası - REPORTAJ

Avstriya memarı Otto Vaqnerin məşhur rezidensiyası - REPORTAJ


Rüstəm Qasımov

Otto Vaqner - avstriyalı memar, modern üslubun ustadı və bu cərəyanın Avstriya qolu olan Sesessionun lideri olub. Vyana və Budapeşt kimi iki Avropa şəhərinin memarı olan Otto hər iki şəhərdə çox böyük və silinməz memarlıq irsi yaradıb. Ancaq bu gün biz əsl heykəltaraşlıq nümunəsi olan diqqətəlayiq malikanəyə baş çəkəcəyik, bura Otto Vaqnerin rezidensiyası olub. 

Əfsanəvi memar özünün malikanəsini 1886-88-ci illərdə layihələşdirib və tikib. Bina klassik modern üslubdadır. Malikanə meşəni xatırladan sıx ağaclıqları olan parkla əhatələnib. 

Yeri gəlmişkən, Otto Vaqnerin malikanəsinin sonuncu sahibi məşhur rəssam Ernst Fuks olub, hazırda isə bura ev-muzeyi kimi fəaliyyət göstərir, muzeyə giriş 11 avrodur. Muzey həftəiçi fəaliyyət göstərir. 

Fuks malikanədə yaşayarkən onun bütün interyerini dəyişib və özündən sonra dəyişməz fasad qoyub gedib. 

Vyanada yaşayan daimi oxucumuz Tereza Malek həftəsonu çəkdiyi şəkilləri bizimlə paulaşmaq qərarına gəlib. 

ANN.Az redaksiyası bütün oxucularına təşəkkür edir və onlar paylaşımlarda aktiv olmağa çağırır. Müxtəlif şəhərlərdə və ölkələrdə çəkdiyin maraqlı şəkilləri bizə göndərin, biz onları müəllifin adını qeyd etməklə mütləq paylaşacağıq. 

Fotoların müəllifi Tereza Malekdir. 

Xoş seyrlər: 
 





























www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti