Emil Əfrasiyab: “Dinləyiciylə sevgimiz qarşılıqlıdır”MÜSAHİBƏ

16:26 | 03.11.2015
Emil Əfrasiyab: “Dinləyiciylə sevgimiz qarşılıqlıdır” – MÜSAHİBƏ

Emil Əfrasiyab: “Dinləyiciylə sevgimiz qarşılıqlıdır”MÜSAHİBƏ

Zarina Oruc

"Gecə payız cazı eşidilir...” Bu gün Azərbaycan cazında istedadlı musiqiçilərin sayı çoxdur. Onlardan biri parlaq pianoçu Emil Əfrasiyabdır, o təkcə ölkəmizdə deyil, sərhədlərimizdən kənarda da kifayət qədər tanınır. Bir neçə gün əvvəl Müslim Maqomayev adına Dövlət Filarmoniyasında beynəlxalq caz festivalı çərçivəsində onun da çıxışı baş tutdu. 

Deyirlər, caz azadlığın səsidir. 33 yaşlı azərbaycanlı pianoçunun publikada yaratdığı emosiyaları ancaq rok ulduzları yarada bilərdilər. O təkcə əla texniki bacarıqlarını nümayiş etdirmədi, həm də bir sənətkar kimi insanın qəlbinin tellərini oxşayan musiqi harmoniyası yaratdı. Onun oturduğu stuldan sanki enerji fışqırırdı. Publika tez-tez alqışlarla onun çıxışını pozurdu. 

"Yeri gəlmişkən, caza canlı qulaq asanda radioda, başqa yerdə qulaq asdığından daha çox zövq alırsan”, - tamaşaçılarından biri Qəmər Orucova konsertlə bağlı təəssüratlarından danışarkən dedi. – "Emin çox təsirli ifa edir, musiqinin qalxışları və enişləri bir-birini əvəz edir”. 

Paytaxtımızın qonağı Kasper ilk dəfə Bakıda caz çıxışına qulaq asırdı, qonaq xeyli təəccüblənmişdi: "Mən cazın böyük pərəstişkarıyam. Çox sayda caz festivallarında olmuşam. Əfrasiyabın çıxışı bütün gecəni bizi gərginlikdə saxladı, ancaq saksafonun səsini eşitməmək biraz qəribə idi”. 

Yəqin onun "Ataya məktub” kompozisiyasını ayrıca qeyd etmək lazımdır. Zalda çox az adam olardı ki, bu çıxışa biganə yanaşsın, musiqi insanı gəncliyə, uşaqlığa, sevimli valideynlərin yanına aparırdı. Emin çılğıncasına ifa edirdi. Qeyd edək ki, ifaçının atası 2012-ci ildə vəfat edib. "Bu, atamın vəfatından sonrakı ilk çıxışımdır”, - Emil müsahibəsində dedi. - "Atam Bakıdakı hər çıxışımda iştirak edirdi. Günel Anarqızının 2012-ci ildə "Qarabağ hekayələri” layihəsi üçün yazdığı kompozisiyanı mən bu gün atama həsr etdim”. 

Blits müsahibə:

- Emil, bugünki konsertlə bağlı təəssüratlarınızı bölüşərdiniz...

- Təəssüratlarım çox qeyri-adi, hətta deyərdim gözlənilməzdir. Mən tər içindəyəm. 

- Bakı publikası sizə hansı hissləri yaşatdı? 

- Bakı publikası məni daim çox isti qarşılayır, deyərdim hətta çox qaynar. Mən xoşbəxt insanam, böyüyüb boya başa çatdığım ölkəmdə çıxış etmək, musiqi ifa etmək kimi imkanım var. Xarici ölkələrdən olan musiqiçiləri ölkəmizə çox əminliklə dəvət edirəm. Keçən dəfəki konsertdə ABŞ-dan, Fransadan olan musiqiçilər iştirak edirdilər. Bu dəfə bizdə İsraildə yaşayan amerikalı musiqiçi iştirak etdi. Onları ölkəmizin mədəniyyəti ilə, Bakının arxitekturası, incəsənəti, azərbaycanlıların qonaqpərvərliyi ilə tanış edəndə fəxr hissi keçirirəm. Onların mənim ölkəmə, şəhərimə olan marağını görürəm. Fəxr edirəm ki, Azərbaycanda doğulmuşam, böyümüşəm, öz ölkəmi xaricdə təmsil edirəm. Və öz ölkəmin dinləyicisini digər ölkələrinkindən ayırmıram.  

- Bu gün dinləyicilər elə bil sizi səhnədən buraxmaq istəmirdilər, buraxanda da təəssüfləndilər ki, axıra qədər dinləmədik...

- Düzdür, buraxmaq istəmirdilər, amma mən yarım-şirin çayı sevirəm, şirin çayı deyil. Fikrimcə, onları gələn dəfə də məni dinləməyi gözlətmək daha yaxşı fikirdi. Gələn dəfəki çıxışımda da Bakı publikasından eyni heyran baxışları, gözləri, emosiyaları görmək sitəyirəm. 

- Evdəki çıxışlarınızda sizi ən çox narahat edən nədir? 

- Yeganə xoş olmayan bir şey vardısa, o da zaldakı telefon danışıqları idi. Qalan məsələlərdə mən Bakı publikasından razıyam, onlar məni isti qarşılayırlar və bu sevgi qarşılıqlıdır. 

- Səhnədə ilk kimə gülümsəyirsiz? 

- Səhnəyə çıxanda hər dəfə ilk olaraq öz royalıma gülümsəyirəm, hətta ondan işləri barədə də soruşa bilərəm (gülür), o yeganə tamaşaçıdır ki, cavabında mənə gülümsəyir. 

Təəssüfki, Əfrasiyabın yaradıcı komandasının çıxış etdiyi səhnə caza uyğun bəzədilməmişdi. Tapdanmış xalça səhnəni çox yoxsul göstərirdi. 

QEYD: Əfrasiyaba beynəlxalq şöhrəti onun 2011-ci ildə Montre caz festivalındakı fortopianodakı solo çıxışı qazandırıb. İstedadlı musiqiçimiz hazırda ABŞ-dakı dünyaca məşhur Berklee College of Music-də təhsil alır. 

Fotoların müəllifi: Zülfiyyə Səfxanova 
 





















 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM