Daxildən baxış: Am-Ştaynhof kilsəsi - REPORTAJ

15:58 | 05.11.2015
Daxildən baxış: Am-Ştaynhof kilsəsi - REPORTAJ

Daxildən baxış: Am-Ştaynhof kilsəsi - REPORTAJ

Rüstəm Qasımov

Avstriyanın paytaxtı özünün çoxəsrlik memarlığı ilə tanınır, burada demək olar ki, hər bir tikili özündə müəammaları və sirrləri daşıyan arxitektura şedevridir. Barokko epoxasının möhtəşəm obrazları, modern və digər üslubları paytaxtın hər bir guşəsində tapmaq olar, təkcə paytaxtda deyil, digər şəhərlərdə də. 

Uzun əsrlər boyunca memarlar həqiqi şedevrlərin yaranması üçün tər töküblər, nəticədə də dünya miqyasında şöhrət qazanıblar, adlarını memarlıq tarixinə qızıl hərflərlə yazıblar. Belə dünya miqyasında tanınmış memarlardan biri Avstriya imperiyasının sonuncu kraıl Otto Vaqnerin dövründə Vyananın baş memarı olan şəxsin yaradıcılığından çox yazımaq olar. Ancaq bu gün biz sizə Vyananın ən möhtəşəm tarixi abidələrindən biri olan Am-Ştaynhofun gözəlliklərini göstərəcəyik. Kilsə Vyananın rayonlarından biri olan Pensinqdə Ştaynhof təpəsində tikilib. 

Abidə modern üslubda tikilib. Kilsənin bədii quruluşu, vitrajı və mozaikası Kolamon Mozer tərəfindən hazırlanıb. Skulpturaya gəldikdə isə onun üzərində Rixard Lukş və Otmar Şimkoviç işləyib. Memarlıq abidəsi Avstriyanın hökmdarı müqəddəs Leopolda həsr olunub. Yeri gəlmişkən, girişdəki qüllələri müqəddəs Leopoldun və müqəddəs Severinin heykəlləri bəzəyir. 

Kilsə dəniz hündürlüyündən 310 metr hündürlükdə təpənin zirvəsində tikilib. O özünün nəhəngliyi ilə seçilir və 800 insanın ibadəti üçün nəzərdə tutulub. 

Hazırda Am-Ştaynhof kilsəsinə ürəyi istəyən kəs daxil ola və tarixi abidənin gözəlliyindən zövq ala bilər. Ancaq ödənişli girişlər həftənin şənbə günü üçün nəzərdə tutulub. Kilsə əsaslı təmirdən sonra 2006-cı ilin oktyabrında ziyarətçilərin üzünə açıq elan edilib. Bazar günləri isə kilsə məbəd rolunu oynayır və inanclı kəslər orada ibadət edirlər. 

Kilsə şəhərin kənarında olduğundan orada şəhərin mərkəzində olduğu qədər turist yoxdur. Ancaq həqiqi sənətsevərlər onu diqqətdən kənarda qoymurlar və müntəzəm olaraq ona baş çəkirlər. 

Bizim Vyanada yaşayan daimi oxucumuz Tereza Malek bizə həftə sonları çəkdiyi fotoları təqdim edir. 

ANN.Az bütün oxucularına təşəkkür edir və onları aktiv olmağa, olduqları maraqlı ölkə və şəhərlərdən şəkillər çəkib göndərməyə dəvət edir. Maraqlı fotolarınızı bizə göndərin, biz müəllifin adını qeyd etməklə onları mütləq yayımlayacağıq. 

Fotoların müəllifi Tereza Malek

Xoş seyrlər: 
 
 































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM