"Paytaxtda ictimai nəqliyyatda gediş haqqının kart sistemi ilə ödənişinin tətbiqi prosesi ilin sonunadək tam yekunlaşacaq".
ANS PRESS-in məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.
"Prosesin tətbiqinin gecikməsində bir sıra obyektiv və subyektiv səbəblər var. Sistem tam təkmilləşdirildikdən sonra bütün avtobusları əhatə edəcək", - deyə nazir müavini qeyd edib.
ANS PRESS
Bizi sosial şəbəkələrdə izləyin !