“Artıq Bakıda sərnişin nəqliyyatında işləyən sürücülərə vahid forma paylanılıb. Geyim “kərpic” rəngli köynək, tünd göy rəngli şalvar və pencəkdən ibarətdir”.Bu barədə Modern.az-a Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Xidmətinin səlahiyyətli nümayəndəsi Əmrah Cəfərov deyib.Nazirlik rəsmisi qeyd edib ki, vahid forma dəstinin içərisində qalstuk da var: “Hələ ki qalstukdan istifadə etməyəcəklər. Amma Avropa Oyunları zamanı mütləq tətbiq ediləcək”.Qeyd edək ki, sərnişin kimi hələ bu geyimdə olan sürücülərə rast gəlməmişik.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !