Avtobus sürücüsünə qəfil zəng gəldi və ... - Bakıda qəribə olay

13:23 | 08.10.2014
Avtobus sürücüsünə qəfil zəng gəldi və ... - Bakıda qəribə olay

Avtobus sürücüsünə qəfil zəng gəldi və ... - Bakıda qəribə olay

Bu səhər sərnişin avtobusunun hərəkəti sərnişinləri təəccübləndiribBu gün səhər 08 radələrində sərnişin avtobusunda sürücünün hərəkəti sərnişinləri təəccübləndirib.ANS PRESS-in məlumatına görə, 30 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı avtobusun sürücüsünə qəfil telefon zəngi gəlib. Sürücüyə zəng vuran şəxs bildirib ki, avtobusu dərhal saxlasın və sərnişinləri düşürsün.Sürücü basabas olan avtobusu Babək prospektindən “Xətai” metrosu istiqamətinə gedən yolda saxlayıb. Baxmayaraq ki, avtobus dayanacaqdan xeyli uzaqda olub, sürücü sərnişinləri avtobusdan düşürüb.Məsələ ilə əlaqədar 30 saylı avtobusunun tabe olduğu “Transkontrol” MMC ilə əlaqə saxladıq. Şirkətin rəhbəri Arzu Nəcəfov ANS PRESS-ə açıqlamasında hadisədən xəbərsiz olduğunu bildirib.“Düzü bu barədə xəbərim yoxdur. Çox güman ki, sürücü avtobus xarab olduğu üçün sərnişinləri düşürüb. Araşdırma aparıldıqdan sonra hadisənin əsas səbəbi məlum olar”, - deyə Arzu Nəcəfov bildirib.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM