Avtobus və taksi sürücülərinin vahid geyim formaları olacaq

13:20 | 06.02.2015
Avtobus və taksi sürücülərinin vahid geyim formaları olacaq

Avtobus və taksi sürücülərinin vahid geyim formaları olacaq

Bakıda sərnişin avtobusu və taksi sürücülərinin vahid geyim formalarının nümunələri hazırlanıb.

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətli nümayəndəsi Əmrah Cəfərov AzərTAc-a bildirib ki, birinci Avropa Oyunları ilə əlaqədar sərnişindaşıma xidmətinin yüksəldilməsi istiqamətində bir sıra mühüm addımlar atılmaqdadır.

"Sürücülərin vahid geyim forması ilə təmin edilməsi də bunlardan biridir. Artıq geyim formalarının bir neçə nümunəsi təqdim olunub və hazırda onların seçilməsi prosesi gedir,” – o deyib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM