Avtobusların sayı artırılacaq - Yeni dayanacaqlar qurulacaq - VİDEO

22:33 | 25.08.2016
Avtobusların sayı artırılacaq - Yeni dayanacaqlar qurulacaq - VİDEO

Avtobusların sayı artırılacaq - Yeni dayanacaqlar qurulacaq - VİDEO

Bakı Nəqliyyat Agentliyininin ilk addımı məhz avtobusların sayının artırılması olacaq.

Bakıətrafı qəsəbələrin sakinləri adətən marşrutların intervalının çox olmasından, sıxlıqdan şikayət edirlər. Marşrut avtobusları ya gec-gec gəlir, ya da axşam saatlarında avtobus tapmaq olmur. Bu kimi problemlərin köklü həlli üçün kompleks tədbirlər hazırlanır və problem ilin sonunadək həllini tapacaq. Hər halda bakı nəqliyyat agentliyindən belə deyirlər.

Avtobusların sayı azdır və gec gec gəlirlər. Nəticədə sərnişin sıxlığı yaranır ki, belə görüntülər də qaçılmaz olur. Paytaxt nəqliyyatındakı problemlərin köklü həlli üçün tədbirlər planı hazırlayan Bakı Nəqliyyat Agentliyininin ilk addımı məhz avtobusların sayının artırılması olacaq.

Xırda tutumlu mikraavtobusların da xətdən çıxarılıb normal ölçülü avtobuslarla əvəzlənməsi gözlənilir. Artıq taksilərin avtobus dayanacağında saxlaması problemi də həll olunacaq. Belə ki, problemin yaşandığı ərazilərdə taksilər üçün xüsusi dayanacaqlar qurulacaq. Çoxlu sayda marşrutun daxil olduğu və qarışıqlığın yarandığı dayanacaqlar isə yenilənəcək və nəqliyyat mübadiləsi mərkəzlərinə çevriləcək.

Yeni dayanacaqlar şəbəkəsi sərnişin və avtobusların ən sıx olduğu ərazilərdə: Beynəlxalq avtovağzal kompleksi, Qara Qarayev, 28 may, Elmlər Akademiyası metrostansiyaları ətrafı və 20 yanvar dairəsində qurulacaq.

Digər bir problem isə sürücülərin davranışları ilə bağlıdır ki, bu məsəlşəyə ilə də bağlı ciddi addımlar atılacaq. Yəni ictimai nəqliyyatda xüsusi təlimdən keçmiş sürücülər işləyəcək. Bütün bu tədbirlərin isə ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM