Avtostop necə yaranıb? - FOTOLAR

16:34 | 29.09.2016
Avtostop necə yaranıb? - FOTOLAR

Avtostop necə yaranıb? - FOTOLAR

Mənzil başına çatmaq bizim üçün uzun və sıxıcı olur.. Yolu əyləncəli və qısa etmək üçün çox vaxt düşünməli oluruq. Gediləcək yolları maraqlı etmək üçün müxtəlif vasitələr axtarıb tapırıq. Çatacağımız mənzil çox uzaq və çətin olduqda isə alternativ variantlardan istifadə etməli oluruq. Hətta elə yerlər olur ki, ora nəqliyyat nadir hallarda gedib–gəlir. Yolumuzu asan, maraqlı edən ən uyğun üsullardan biri də avtostopdur.

ANN.Az xəbər verir ki, bəzən zarafata Lomonosovu dünyanın ən məşhur avtostopçusu adlandırırlar.

Avtostop rekordu qıranlar da az deyil:

Avtostopla ən çox qət edilən məsafə: 1.5 km – Benoit Grieu (Fransa)
Avtostopla yalnız bir nəqliyyatla gedilən ən uzun məsafə: 7107 km – L.J.Gordon (Avstraliya)
Avtostopla yalnız bir nəqliyyatda ən yüksək surət: 310 km/saat – Andrius Papickas ve Viktorija Aksionova (Litva)
Avtomobilinə ən çox avtostopçu götürən sürücü: 7500-ə yaxın avtostopçu – Jim Sanderson (Yeni Zelandiya)
Avtostopla ən çox ölkəyə səyahət edən avtostopçu: təqribən 170 ölkə – Benoit Grieu (Fransa)
 


Avtostopun yaranması dünyada ilk dəfə avtomobil nəqliyyatının 20-ci əsrin əvvəlində ərsəyə gəlməsi ilə üst-üstə düşür. Avtostopun inkişafında bit cərəyanının rolu əvəzolunmazdır. 
 


Bit cərəyanı (ing. The Beat Generation) — 1940-cı illərin ortalarında Kolumbiya Universitetinin tələbə dairəsində formalaşmağa başlamışdır.

1940-cı illərdə Nyu Yorkdakı Kolumbiya Universitetində ədəbi çevrədə tanış olan bir qrup gənc tələbə, Böyük böhrandan sonra məqsədsizcə otostop ilə Amerikanı gəzməyə başlayır. Getdikləri hər əyalətdə yeni insanlarla tanış oldular və adı hələ qoyulmasa da sistemə, ənənəyə və həyat tərzlərinə müxalif bir kütlə meydana gəlməyə başladı. Nyu York mərkəz olmaq üzrə, Denver və San Fransiskoda toplaşdılar. 
 


Avtostop gənclərə səyahət etmək, yeni insanlarla tanış olmaq, az pul xərcləmək imkanı yaradırdı. Bit nümayəndələrinin fəlsəfəsi çox pula sahib olmağa imkan vermədiyi üçün, avtostop əsl çıxış yolu idi. Bunu hətta onların ən məşhur əsərlərində görmək olar: Cek Keruakın «Yolda» (On The Road, 1957), Allen Qinzberqin «İnilti» (Howl, 1956), Uilyam Berrouzun «Çılpaq səhər yeməyi» (Naked Lunch, 1959)  və s. Bit cərəyanınının nümayəndələri avtostopun tərəfdarları idi və hippilər onları öz müəllimləri kimi qəbul edirdilər.
 


Məhz onlar avtostop mədəniyyətinin inkişafına səbəbkar oldular. 
 


SSRİ-də avtostop komsomol və yol polisi tərəfindən dəstəklənirdi. Avtostopçular ittifaqı 1960-cı ildə qurulur. Daha çox adama yardım edən sürücülər və avtostopçu səyahətçilər təriflərə və mükafatlara layiq görülürdü.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM