“Avtovağzal” stansiyası bu gün açılır

10:25 | 19.04.2016
“Avtovağzal” stansiyası bu gün açılır

“Avtovağzal” stansiyası bu gün açılır

Bu gün Bakı Metropoliteninin bənövşəyi xəttinin iki stansiyası açılır. 

Oxu.Az-ın məlumatına görə, "Avtovağzal” və "Memar Əcəmi” stansiyası sərnişinlərin istifadəsinə veriləcək. 

Qeyd edək ki, "Avtovağzal” stansiyasının tikintisinə 2009-cu ildən başlanmışdı. "Memar Əcəmi-2” stansiyası 5 mərtəbədən ibarətdir, stansiyada müxtəlif səviyyəli keçidlərdən istifadə olunacaq. Stansiyanın 3 giriş-çıxışı var. Burada ümumilikdə 4 lift quraşdırılacaq. 

Habelə yanğına qarşı avtomatik mühafizə sistemləri, rabitə sistemləri, elektrik avadanlıqları quraşdırılıb. 

"Avtovağzal” stansiyasının isə 8 giriş-çıxışı nəzərdə tutulub. Burada 20 eskalator və 8 travelator, həmçinin, fiziki qüsurlu insanlar üçün lift də quraşdırılıb. 

İki yeni stansiyanın açılışı ilə Bakı Metropolitenini stansiyalarının sayı 25-ə çatacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb