Çavuşoğlu Rusiyanı qonşularına münasibətə görə tənqid etdi

13:45 | 13.05.2015
Çavuşoğlu Rusiyanı qonşularına münasibətə görə tənqid etdi

Çavuşoğlu Rusiyanı qonşularına münasibətə görə tənqid etdi

"Ukrayna Rusiya və Aİ arasında seçim etməməlidir”.

Ukrayna Rusiya və Aİ arasında seçim etməməlidir, Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu belə hesab edir, The Straits Times nəşri bildirib.

"Berlin divarının süqutuna baxmayaraq, "divar” anlayışı hələ də təfəkkürlərdə qalıb. Nə Rusiya, nə də Avropa İttifaqının Ukraynanı onlar arasında seçim etməyə məcbur etməyi lazım deyil”.

Oxu.Az xəbər verir ki, bu barədə Çavuşoğlu Antalyada NATO-ya üzv ölkələrin sammiti ərəfəsində bəyan edib.

"Rusiyanın qonşularına qarşı münasibətinə heç nə bəraət qazandıra bilməz”, - türk naziri vurğulayıb.

Türkiyənin XİN rəhbəri Ukrayna, Krım və Gürcüstanda 2008-ci ildə baş verən hadisələri bir sıraya qoyub.

Çavuşoğlu vurğulayıb ki, Rusiya və Ukrayna arasında münaqişə yalnız siyasi dialoq yolu ilə həll edilə bilər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti