Çavuşoğlu və Məmmədyarovu nə bağlayır?

18:21 | 21.06.2018
Çavuşoğlu və Məmmədyarovu nə bağlayır?

Çavuşoğlu və Məmmədyarovu nə bağlayır?

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla xarici görünüşcə oxşar olduğumuzdan bəzən bizi səhv salırlar.

Oxu.Az "Gazetevatan”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu xarici ölkələrdən olan həmkarları ilə münasibətindən danışarkən bildirib:

"Latın Amerikası, Körfəz ölkələrində "brother” (qardaş) dediklərimiz var. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla xarici görünüşcə oxşar olduğumuzdan bəzən bizi qarışdırırlar.

Toplantılarda Azərbaycana aid suallar verirlər. Əvvəllcə elə bilirdim ki, türk olduğum üçün bu sualı verirlər. Ancaq sonra da Elmarla məni səhv saldıqlarını bildim. Ona da təyyarədə Türkiyə ilə bağlı suallar veriblər”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb