Delimitasiyası və demarkasiyası heç bir ölkənin müdaxiləsi olmadan aparılır - Əliyev

12:07 | 01.05.2024
Delimitasiyası və demarkasiyası heç bir ölkənin müdaxiləsi olmadan aparılır - Əliyev

Delimitasiyası və demarkasiyası heç bir ölkənin müdaxiləsi olmadan aparılır - Əliyev

Sərhədlərin delimitasiyası və demarkasiyası prosesi heç bir ölkənin müdaxiləsi olmadan iki ölkə arasında razılaşdırma əsasında aparılır. Bunu Azərbaycan Preizdenti İlham Əliyev deyib.  
 
"Azərbaycana vasitəçi lazım deyil. Hazırda bu proses davam edir. Vasitəçi insanlar siyasi məqsədlər güdür. Onlar yardım etmək istəmirlər. Əksinə bölgəyə siyasi və iqtisadi maraqları naminə müdaxilə etməyə cəhd edirlər", - Əliyev may 1-də  Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında bildirib. 
 
Aprelin 29-da Baş nazirin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb ki, Ermənistan və Azərbaycan Tavuş bölgəsində sərhəd hissəsinin delimitasiyası işlərinin 50%-dən çoxunu başa çatdırıb. 
 
Bundan əvvəl Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında delimitasiya ilə bağlı danışıqları tam dəstəklədiyini açıqlayıb. 
 
Aprelin 19-da Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.
 
Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb